BAŞINI KEÇƏL ELƏMƏK

bir şey haqqında təkrar-təkrar danışmaq, çox xatırlatmaq, bezdirmək; ~ boğaza yığmaq.

BAŞINI İTİRMƏK
BAŞINI QARIŞDIRMAQ
OBASTAN VİKİ
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Keçəl (İran)
Keçəl (fars. كجل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (127 ailə).
Keçəl Məmmədli
Keçəl Məmmədli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Keçəl çərkəz dağı
Keçəl çərkəz dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1356,1 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincəçayın sol sahilində, Kırna kənddən 3 km cənub-şərqdə yerləşən zirvə. Alt Miosenin Qafqaz və Sakaraul regiomərtəbələrinə aid Vayxır və Qızılboğaz lay dəstələrinin vulkanogen-çökmə və çökmə süxurlarından təşkil olunmuş günbəzvari, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında izlənilən Toğluca antiklinalının şimal-qərb periklinal hissəsində yerləşir.
Kosa və keçəl
Kosa və keçəl — Azərbaycan xüsusilə Novruz bayramında məşhur personajlardır. Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: "Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin "Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Vaxtilə indiki "Azad qadın"ın heykəli, yerləşdiyi ərazi də daxil olmaqla, "beşmərətəbə"nin yaxınlığında böyük bazarlar olardı, həmin yerdə Novruz şənlikləri keçirilərdi. Sarabski də öz əsərində həmin bazar meydanında Bakının qədim bayram ənənələrindən bəhs edib.
II Keçəl Karl
II Keçəl Karl (qəd. fr. Karlo, fr. Charles le Chauve; 13 iyun 823[…], Frankfurt-Mayn – 6 oktyabr 877[…]) — 843-cü ildən Qərbi Frank krallığının ilk hökmdarı, 831–833-cü illərdə Şvabiya kralı, 839–843-cü və 848–854-cü illərdə Akvitaniya kralı, 869-cu ildən Lotaringiya kralı, 875-ci ildən Provans kralı və Qərb imperatoru, 876-cı ildən Karolinqlər sülaləsindən İtaliya kralı. Atası I Mömin Lüdovikin hakimiyyəti dövründə bir sıra vətəndaş müharibələrindən sonra Karl Verden müqaviləsi (843) ilə imperiyanın qərb üçdə birini əldə etməyə müvəffəq olmuşdur. O, Böyük Karlın nəvəsi idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === This article incorporates text from a publication now in the public domain: Kisholm, Hyu, redaktorCharles II. // Britannika Ensiklopediyası. 5 (XI). Cambridge University Press. 1911.